NASA Mars missiyasını Ceff Bezosun Blue Origin şirkəti ilə birlikdə həyata keçirəcək.
Ceff Bezos tərəfindən təsis edilən Blue Origin artıq özəl kosmik şirkəti NASA ilə gələn il Mars ətrafındakı maqnit sahəsini öyrənmək missiyayasına başlamaq üçün müqavilə imzalayıb.
ESCAPADE (Escape and Plasma Acceleration and Dynamics Explorers) adlı missiyada kosmonavtlar planetin maqnitosferindən və onun günəş radiasiyası ilə qarşılıqlı təsirindən məlumat toplayacaqlar.
Missiyada Blue Origin-in "New Glenn" kosmik gəmisindən istifadə ediləcək. Kosmik gəminin Marsın orbitinə çatması üçün təxminən 11 ay vaxt lazım olduğu bildirilir. Qeyd edək ki, kosmik gəminin adı 1962-ci ildə Yer kürəsini orbitə çıxaran ilk amerikalı olan NASA kosmonavtı Con Qlennin şərəfinə adlandırılıb.
Ən azı 25 missiya yerinə yetirmək üçün nəzərdə tutulmuş təkrar istifadə edilə bilən New Glenn-in ilk uçuşu 2021-ci ilin sonlarına planlaşdırılmış, lakin nədənsə bu plan təxirə salınmışdı. Vasitənin növbəti kosmik missiyası üçün verilən tarix 2022-ci ilin dördüncü rübü olsa da, bu tarixdə də baş tutmayıb.
NASA ilə imzalanan müqaviləyə əsasən New Glenn-in 2024-cü ildə kosmosa buraxılması gözlənilir.