Az | EN

Netflix tamaşaçılara canlı efirdə səs vermək imkanı yaradacaq

Cəmil Hüseynzadə
21 Yanvar 2026 11:38
31 baxış
Netflix tamaşaçılara canlı efirdə səs vermək imkanı yaradacaq

Netflix canlı yayımlanan şoular zamanı tamaşaçıların real vaxtda səsvermədə iştirak etməsinə imkan verən yeni funksiyanı təqdim edəcək. TechCrunch nəşrinin yazdığına görə, funksiya 20 yanvar 2026-cı il tarixində Netflix-in yeni istedad şousu Star Search ilə eyni vaxtda istifadəyə veriləcək.

Yeni funksiya vasitəsilə istifadəçilər iştirakçıların çıxışlarını beşballıq şkala üzrə qiymətləndirə və ya təqdim olunan bir neçə cavab variantından birini seçə biləcəklər. Səsvermə Netflix tətbiqi üzərindən smartfonla və ya televizor pultu vasitəsilə həyata keçiriləcək.

Funksiya bütün dünyada əlçatan olacaq, səslər isə real vaxtda hesablanacaq. Bununla yanaşı, səsvermə üçün ayrılan vaxt məhdud olacaq. Netflix-in texniki direktoru Elizabet Stoun bildirib ki, tamaşaçılar konkret iştirakçının növbəti mərhələyə keçib-keçməyəcəyinə təsir göstərə biləcəklər.

Qeyd olunur ki, Netflix bu cür səsvermə funksiyasını 2025-ci ilin avqustundan etibarən sınaqdan keçirməyə başlayıb.

© copyright 2022 | tech.az | info@tech.az