Bütün dünyanın gündəmi olan, gündəlik həyatımızı dəyişdirən süni intellekt artıq yeni bir mərhələyə keçid edib.
ChatGPT-nin son versiyası ilə yeni inqilabın əsası qoyulub. Bu dəfəki Startup Grind Baku tədbiri də elə bu mövzuda, süni intellekt, Open AI, ChatGPT-dir. Tədbirdə Nicat Zeynalov iştirakçılara bu mövzuda öz təcrübəsini bölüşəcəkdir.
Nicat Zeynalov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində “Python” müəllimi, Tensorflow şirkətində təşkilatçı, Azərbaycan Beynəlxalq Bankında “Data Scientist” vəzifəsində çalışmışdır. Hazırda o Azərconnect-də “Machine Learning Engineer” vəzifəsində çalışır.
Tədbir 21 yanvar tarixində saat 13:00-da SABAH.Lab Akselerasiya Mərkəzində keçiriləcək. Qeydiyyat üçün buraya daxil ola bilərsiniz.