Az | EN

Ölkəmizin ilk peykinin orbitə buraxılmasından 10 il keçir

Bənövşə Kazımova
08 Fevral 2023 11:35
418 baxış
Ölkəmizin ilk peykinin orbitə buraxılmasından 10 il keçir

Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1"in orbitə göndərilməsindən 10 il keçir.

Məlumat üçün nəzərinizə çatdıraq ki, "Azerspace-1" 2013-cü ilin fevralın 8-də Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən "Ariane-5" daşıyıcı raketi ilə buraxılıb. Azerspace-1-dən səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə edilə bilər. Peykin verəcəyi bir neçə qiqabitlik internet alternativ kimi fors-major situasiyalarda faydalı ola bilər.

Peyk Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunub və onun ərsəyə gəlməsi üçün 230 milyon manat xərc çəkilib.

Çəkisi 6 521 kq olan "Azerspace-1" teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır, Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada 40-dan çox ölkədə 180-dən çox müştəriyə xidmət göstərilir.

"Azerspace-1"in istismar müddəti isə azı 17 ildir.

© copyright 2022 | tech.az | info@tech.az