Az | EN

“OpenAI” Asiyada Yeni Əməkdaşlıqlara İmza Atıb

Nigar Sultanli
04 Fevral 2025 17:15
152 baxış
“OpenAI” Asiyada Yeni Əməkdaşlıqlara İmza Atıb

OpenAI Koreyanın nüfuzlu texnologiya şirkəti Kakao ilə əməkdaşlıq edəcəyini açıqlayıb. Kakao məşhur mesajlaşma tətbiqi olan KakaoTalk-a rəhbərlik edir. Bu əməkdaşlıq OpenAI-nin Asiyada daha da genişlənməsini təmin edəcək.

Kakao ilə üç böyük layihə həyata keçirmək planlaşdırır: Koreya dilində yeni köməkçi proqram olan “Kanana” yaradılacaq, OpenAI texnologiyası “KakaoTalk”-a inteqrasiya olunacaq və Kakao OpenAI-nin ChatGPT Enterprise xidmətini öz işçiləri üçün istifadəyə verəcək.

Həmçinin, SoftBank OpenAI ilə müqavilə imzaladığını açıqlayıb. SoftBank OpenAI-nin texnologiyalarını istifadə edəcək və Yaponiya ilə birgə xüsusi AI həlləri yaratmaq üçün “SB OpenAI Japan” kimi müəssisə quracaq. SoftBank-in OpenAI-yə 3 milyard dollar investisiya edəcəyi bildirilir.

OpenAI bu əməkdaşlıqlar vasitəsilə Asiya bazarlarında özünü daha çox tanıtmaq və bu regionların dil və istifadəçi davranışlarını öyrənmək istəyir. Bu ona daha çox insanla əlaqə qurmaq və bazarlarını genişləndirmək imkanı verəcək.

Bundan əlavə, SoftBank OpenAI ilə gələcəkdə daha çox layihə həyata keçirməyi və investisiya etməyi planlayır, bu isə OpenAI-yə daha güclü bir mövqe qazandıracaq.

© copyright 2022 | tech.az | info@tech.az