Az | EN

OpenAI Codex-i ChatGPT mobil tətbiqinə əlavə etdi

Cəmil Hüseynzadə
15 May 2026 10:38
41 baxış
OpenAI Codex-i ChatGPT mobil tətbiqinə əlavə etdi

OpenAI ChatGPT mobil tətbiqinə Codex funksiyasını əlavə edib. Artıq istifadəçilər smartfon vasitəsilə Mac kompüterdə işləyən agenti idarə edə bilirlər.

Şirkətin açıqlamasına görə, Codex iOS, iPadOS və Android üçün ChatGPT tətbiqində bütün tarif planları üzrə “preview” rejimində istifadəyə verilib.

Telefonla inteqrasiya etmək üçün istifadəçi Mac-də Codex-i açmalı və ChatGPT mobil tətbiqi ilə QR-kodu skan etməlidir. Bundan sonra smartfonda aktiv Codex sessiyalarını izləmək, modelləri dəyişmək, yeni əmrlər göndərmək və agentin nəticələrinə baxmaq mümkün olacaq.

OpenAI bildirir ki, bütün fayllar və hesab məlumatları Mac kompüterdə qalır. Telefona isə tapşırıqlarla bağlı yeniliklər, ekran görüntüləri, terminal çıxışları, test nəticələri və digər məlumatlar göndərilir.

Şirkət qeyd edib ki, Windows üçün uzaqdan giriş dəstəyi daha sonra əlavə olunacaq.

© copyright 2022 | tech.az | info@tech.az