OpenAI şirkəti Plus abunəçiləri üçün “düşünən” GPT-5 modelinə göndərilən sorğu sayını həftədə 200-dən 3000-ə qaldırıb. Şirkətin rəhbəri Sem Altman X sosial şəbəkəsində paylaşdığı məlumatda bildirdi ki, yaxın gələcəkdə bütün istifadəçilər üçün bu və digər modellərin sorğu limitləri GPT-5 çıxmazdan əvvəlki səviyyədən daha yüksək olacaq.
2025-ci ilin 7 avqustundan etibarən abunəsiz istifadəçilər “düşünən” GPT-5 Thinking rejimində yalnız gündə bir sorğu göndərə bilirdilər. İndi isə onların istifadəsində GPT-5 Thinking Mini versiyası var ki, bunun sorğu limitləri əvvəlkindən daha çoxdur.
Bundan əlavə, OpenAI Plus abunəçilərinə “düşünən” GPT-5 Pro modelindən məhdud sayda aylıq sorğu vermək imkanı yaradacaq. Bu model isə hazırda yalnız ayda 200 dollar ödəyən Pro planı istifadəçilərinə açıqdır.
Bu yeniliklər istifadəçilərin “düşünən” rejimdən daha çox istifadə etməsi ilə bağlıdır. Belə ki, pulsuz istifadəçilər arasında bu rejimdə edilən sorğuların payı 1%-dən 7%-ə, Plus abunəçiləri arasında isə 7%-dən 24%-ə yüksəlib.
Sem Altman həmçinin qeyd edib ki, bütün pullu abunəçilər istəsələr, əvvəlki GPT-4o modelinə qayıda bilərlər.
İndi ChatGPT istifadəçiləri sorğuların hansı model tərəfindən cavablandırıldığını ikona üzərinə maus gətirərək görə bilirlər. “Düşünən” versiyanı aktivləşdirmək üçün “cavab üzərində düşün” tələb etmək kifayətdir. Həmçinin “Sürətli cavab al” düyməsi ilə bazar GPT-5 modeli ilə cavab almaq mümkündür.