OpenAI-nin süni intellekt sahəsində yeniliyi olan GPT-5 modeli bu payız iOS 26 yenilənməsi vasitəsilə iPhone istifadəçilərinin ixtiyarına veriləcək. Bu barədə 9totMac xəbər yayıb.
Yenilənmiş model Apple-ın “Apple Intelligence” platformasına inteqrasiya olunacaq, lakin istifadəçilər istəyə görə bu funksiyanı aktivləşdirə biləcəklər.
GPT-5-in iPhone-da təqdim etdiyi əsas üstünlüklərdən biri Siri vasitəsilə ChatGPT-ə daxil olmaqdır. İstifadəçilər həmçinin yazı vasitələri ilə birlikdə ChatGPT-dən istifadə edə, eləcə də iPhone kameralarını aktiv edərək ətrafdakı obyektlər və məkanlar haqqında məlumat əldə edə biləcəklər.
Yeni inteqrasiya sayəsində Siri ChatGPT-nin köməyi ilə foto və sənədlərlə bağlı suallara cavab verə biləcək. ChatGPT isə mətn və ya şəkil təsvirinə əsaslanan məzmun yaradacaq. İstifadəçilər, ağıllı telefonlarının kamera funksiyasını istifadə edərək, ətraf mühitdəki yerlər və əşyələr barədə əlavə məlumat ala biləcəklər.
Bu yeniliklər iPadOS 26 və macOS Tahoe 26 yenilənmələri ilə müvafiq olaraq iPad və MacBook cihazlarında da əlçatan olacaq.
Bundan əlavə, iOS 26 və “Apple Intelligence” platforması vasitəsilə bütün Apple cihazları yeni funksiyalar qazanacaq. Bunlara FaceTime, Telefon və Mesajlar tətbiqlərindəki söhbətlərin canlı tərcüməsi, həmçinin ekranda məzmunun ağıllı axtarışı və qarşılıqlı əlaqəyə imkan verən sistem səviyyəli vizual intellekt aləti daxildir.