Az | EN

OpenAI-nin İnsan Resursları üzrə baş direktoru Julia Villagra vəzifəsindən ayrılıb

Nigar Sultanli
25 Avqust 2025 12:34
60 baxış
OpenAI-nin İnsan Resursları üzrə baş direktoru Julia Villagra vəzifəsindən ayrılıb

OpenAI-nin İnsan Resursları üzrə baş direktor Julia Villagra şirkətdən ayrılmaq qərarı verib. Onun ayrılığının səbəbi şəxsi layihələrinə fokuslanmaq istəyidir. Villagra yeni layihələrində sənət, musiqi və hekayə vasitəsilə insanlara ümumi süni intellektə (AGI) keçidin nə olduğunu izah etməyi planlaşdırır.

Julia Villagra bu ilin fevralında İnsan Resursları rəhbəri kimi OpenAI-yə qoşulmuş, mart ayında isə CEO Sam Altman tərəfindən CPO vəzifəsinə yüksəldilmişdi.

OpenAI-dan verilən məlumata görə, Villagra-nın yerinə yaxın gələcəkdə "Tətbiqlər üzrə CEO" kimi şirkətə qoşulan Fidji Simo gələcək. Keçid dövründə isə Villagra-nın bütün məsuliyyətlərini Strategiya Direktoru Jason Kwon icra edəcək.

OpenAI AGI-ni “insanların iqtisadi baxımdan ən qiymətli işlərinin çoxunu əvəz edə biləcək süni intellekt” kimi təsvir edir. Şirkət həmçinin böyük bir istedad mübarizəsi içindədir; məsələn, Meta CEO-su Mark Zuckerberg OpenAI tədqiqatçılarına 100 milyon dollara qədər imza bonusları təklif edərək rəqabəti gücləndirir.

© copyright 2022 | tech.az | info@tech.az