Az | EN

OpenAI öz işçilərinin 1,5 milyard dollar dəyərində səhmlərini SoftBank-a satacaq

Cəmil Hüseynzadə
27 Noyabr 2024 15:58
123 baxış
OpenAI öz işçilərinin 1,5 milyard dollar dəyərində səhmlərini SoftBank-a satacaq

Şirkətə yaxın mənbələrin verdiyi məlumata görə, OpenAI əməkdaşlarının səhmlərini nağd pula çevirməsi üçün təxminən 1,5 milyard dollarlıq tender başlatmış və bu səhmlərin Yaponiyanın texnologiya nəhəngi SoftBank Groupla satışı üzərində razılıq əldə edilmişdir.

Bu iddialar OpenAI-ın oktyabr ayının əvvəlində Microsoft, Nvidia və SoftBank-ın da daxil olduğu investor qrupundan 157 milyard dollar qiymətləndirmə ilə 6,6 milyard dollar cəlb etdiyi iri investisiya turundan sonra ortaya çıxıb.

SoftBank əvvəlki investisiya turunda OpenAI-a 500 milyon dollar yatırım etmişdi. Şirkət bu mövzuda rəsmi açıqlama verməsə də, mənbələr razılaşmanın bu həftə ərzində tamamlanacağını bildirir.

CNBC-nin məlumatına görə, bu son investisiya SoftBank-ın milyarder CEO-su Masaöşi Son-un təşəbbüsü ilə həyata keçirilib. Son, OpenAI-dan daha çox pay almaqda israrlı olub və bu prosesin irəliləməsini təşviq edib.

© copyright 2022 | tech.az | info@tech.az