Az | EN

OpenAI Süni İntellektlə İşləyən Smartfon Hazırlayır

Nigar Sultanli
21 Sentyabr 2025 21:41
50 baxış
OpenAI Süni İntellektlə İşləyən Smartfon Hazırlayır

OpenAI, süni intellektə əsaslanan cib ölçüsündə yeni cihaz hazırlayır. Şirkət bu layihə üçün Apple-ın əsas tərəfdaşlarından olan Luxshare ilə əməkdaşlığa başlayıb. 

Hazırlanan cihazın ən böyük fərqi onun smartfon və ya kompüterdən tamamilə fərqli olmasıdır. Bu məhsul, ChatGPT ilə birbaşa əlaqəli olaraq işləyən cihaz olacaq. Beləliklə, OpenAI Apple, Samsung və Google kimi nəhəng şirkətlərin hökm sürdüyü bazara yeni bir məhsul növü ilə daxil olmağı hədəfləyir.

Layihəyə iPhone və AirPods istehsal edən Luxshare ilə yanaşı, Apple Watch və HomePod üçün detallar hazırlayan Goertek Çin şirkətinin də cəlb edilməsi planlaşdırılır. Bu əməkdaşlıqlar OpenAI-ın yalnız proqram təminatı (software) deyil, həm də aparat təminatı (hardware) sahəsində də beynəlxalq səviyyədə önə çıxmaq istəyini göstərir.

Xatırladaq ki, OpenAI bu sahədə ilk ciddi addımını keçən il Apple-ın keçmiş dizayn rəhbəri Jony Ive-in qurduğu io Products şirkətini 6.5 milyard dollara alaraq atmışdı.

Əgər bu layihə uğurlu olarsa, istehlakçı elektronikası bazarında süni intellektə əsaslanan tamamilə yeni bir dövr başlaya bilər. Bu, texnologiya dünyası üçün böyük bir yenilik olacaq.

© copyright 2022 | tech.az | info@tech.az