Mart 2025-ci ildən etibarən, OpenAI özünün ən inkişaf etmiş GPT-4o modelinə yeni və güclü bir xüsusiyyət əlavə edib – istifadəçilərə yüksək keyfiyyətli şəkillər yaratmaq imkanı verən bir alət!
Şirkət bildirir ki, modelin ilk istifadəyə verildiyi bir həftə ərzində 130 milyondan çox insan 700 milyondan çox şəkil yaradıb! İndi isə bu güclü alət, "API" vasitəsilə bütün inkişaf etdiricilər və bizneslərə açıq olacaq. Bu, onların öz platformalarına yüksək keyfiyyətli şəkil yaradıcı xüsusiyyətlərini inteqrasiya etməsinə imkan verəcək.
Canva, GoDaddy və Instacart kimi böyük şirkətlər artıq bu alətləri tətbiqlərində istifadə etmək üçün araşdırmalar aparırlar. Qiymətlər isə olduqca əlverişlidir: mətn üçün 5 dollar, şəkil üçün 10 dollar və nəticə çıxışı üçün 40 dollar.
Bu yeni model, istənilən növ şəkilləri yaratmaqda inqilabi bir addım olacaq və yaratma prosesi bir o qədər asan və sərfəli olacaq