1. Crux - Müəssisələrə məlumatların idarə olunması və ötürülməsi üçün bulud əsaslı platforma təklif edən startap $50 mln investisiya alıb.
2. Cygnvs - $55 mln yatırım alan startap müəssisələrin kibertəhlükəsizliyini təmin etmək üçün platforma təklif edir.
3. Angle Health - HealthTech sahəsində fəaliyyət göstərən Angle Health ötən həftə $58 mln investisiya əldə edib. Startap xəstələrə tibbi sığorta xidmətləri göstərir.
4. QuickNode - QuickNode dApps və digər proqramları 12-dən çox müxtəlif blokçeyn şəbəkələrində yerləşdirməyə imkan verir. Startap $60 mın yatırım alıb.
5. Alleviant Medical - $75 mln investisiya alan Alleviant Medical ürək çatışmazlığından əziyyət çəkən insanlara təhlükəsiz, effektiv implantsız müalicə üsulları təklif edir.
6. Boston Metal - Metallurgiya sahəsində fəaliyyət göstərən startap polad istehsalı ilə məşğuldur. Startap ötən həftə $120 mln yatırım alıb.
7. Paradigm - $203 mln investisiya əldə edən Paradigm klinik tədqiqatların aparılması üçün xüsusi texnologiyalar hazırlayır.
8. OpenAI - OpenAI süni intellekt araşdırma startapıdır. Süni intellekt əsaslı ChatGPT çat-botunu təqdim edən startap ötən həftə $10 mlrd yatırım alıb.