Az | EN

Ötən həftə ən çox investisiya alan startaplar

Bənövşə Kazımova
06 Mart 2023 10:24
1250 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

1. Wunderkind - Wunderkind onlayn biznes mağazaları üçün müştərilərə əlçatanlığı artırmağa imkan verən marketinq analitika platforması təklif edir. Startap $76 mln investisiya alıb.

2. Bitwise Industries - $80 mln yatırım alan Bitwise tələbələrin texnoloji bacarıqlara yiyələnməsi üçün istifadə etdiyi təhsil platformasıdır. 

3. Paratus Sciences - İltihabi xəstəliklərin müalicəsi üçün dərman preparatları hazırlayan startap ötən həftə $100 mln investisiya əldə edib. 

4. Kindbody - $100 mln yatırım alan Kindbody pasiyentlərə mayalanma, genetik test, surroqat analıq kimi bir çox virtual və fiziki tibbi xidmətlər təklif edir.

5. Chroma Medicine - Chroma Medicine bəzi tibbi müalicələrdə istifadə olunan genom redaktə texnologiyaları hazırlayır. Startap ötən həftə $135 mln investisiya alıb.

6. CARGO Therapeutics - $200 mln yatırım alan startap xərçəng xəstəliyi ilə mübarizə aparmaq üçün CAR T-hüceyrə terapiyası və ya kimerik antigen reseptor müalicəsi üzərində işləyir. 

7. Skydio - Süni intellektdən istifadə etməklə dronlar istehsal edən Skydio ötən həftə $230 mln investisiya əldə edib. 

8. Wiz - $300 mln investisiya alan Wiz müəssisələrə şəbəkələrin kiber təhlükəsizliyini qorumaq üçün bulud əsaslı platforma təklif edir.

© copyright 2022 | tech.az | info@tech.az