Telegram-da Pavel Durovun Fransada “həbsxanadan qaçışını” mövzu edən yeni mini-oyun istifadəyə verilib. Oyunda Durova bənzər personaj maneələri dəf edir və “şübhəli şəxslərlə” döyüşərək azadlığa çıxmağa çalışır.
Maraqlısı odur ki, oyunun yaradıcıları barədə rəsmi məlumat yoxdur və Pavel Durov özü bildirib ki, layihəyə heç bir aidiyyəti yoxdur.
“Kiminsə mənim Fransadakı həbsdən qaçışım barədə oyun yaratdığını gördüm. Əla işdir, amma mən bu layihədən yalnız buraxıldıqdan sonra xəbər tutdum. Hörmətlər müəlliflərə!”, – deyə o, Telegram kanalında paylaşım edib.
Oyun artıq Telegram istifadəçiləri arasında böyük maraq doğurub.
