Az | EN

Pilotsuz yük təyyarələri istehsal edən “Dronamics” 40 milyon dollar investisiya alıb

Bənövşə Kazımova
18 Fevral 2023 16:46
252 baxış
Pilotsuz yük təyyarələri istehsal edən “Dronamics” 40 milyon dollar investisiya alıb

Pilotsuz yük təyyarələri istehsal edən Dronamics 40 milyon dollar investisiya əldə edib. Böyük Britaniyada yerləşən startap tərəfindən bu günə qədər alınan ümumi investisiya məbləği bununla da təxminən 60 milyon dollara yüksəlib.

İnvestisiya turunda Founders Factory, Speedinvest, Eleven Capital və Tawazun Council investisiya qolu Strategic Development Fund (SDF), eləcə də Abu Dabi və Birləşmiş Ərəb Əmirlikləri ndən nümayəndələr iştirak edib.  Bildirilib ki, yeni investisiya Yaxın Şərqdə fəaliyyət göstərmək üçün istifadə olunacaq.

Startap 2014-cü ildə Konstantin Rangelov və Svilen Rangelov tərəfindən yaradılıb. Dronamics əsasən uzun mənzilli dronlar üzərində işləyir və yükdaşıma sahəsində fəaliyyət göstərir. Ötən ilin noyabrında Avropa İnnovasiyalar Şurasından (EIC) 2,5 milyon avro qrant alan Dronamics tərəfindən hazırlanmış Black Swan 770 kiloqram daşıma qabiliyyətinə və 2500 kilometr mənzilə sahibdir.

© copyright 2022 | tech.az | info@tech.az