Az | EN

Playstation istifadəçilərinin məlumatları ələ keçirilib

Nail Valiyev
26 Sentyabr 2023 11:21
406 baxış
Playstation istifadəçilərinin məlumatları ələ keçirilib

Sony xaker hücumuna məruz qaldığı iddiaları ilə gündəmə gəlib. Ransomed.vc adlı məşhur kibercinayətkar təşkilat Sony-nin sistemlərinə uğurla sızdıqlarını və istifadəçi məlumatlarını ələ keçirdiklərini, bunun əvəzinə əldə etdikləri məlumatları üçüncü tərəflərə satmağı planlaşdırdıqlarını bidirib. Sony isə hələ ki bu iddialarla bağlı heç bir açıqlama verməyib.

Kibercinayətkarlıq təşkilatı bu iddiaları dəstəkləmək üçün Sony və potensial məlumat alıcılarına sentyabrın 28-dək vaxt verib. Bu tarixdən sonra hansı addımları atacaqları ilə bağlı dəqiq məlumat paylaşılmayıb, lakin onların Sony sistemlərinə pulsuz giriş təmin edəcəkləri ehtimalı var.

Bu iddiaların doğru olub-olmaması hələ ki, təsdiqini tapmayıb. Bununla belə, bu iddialar doğrudursa, şəxsi məlumatlardan maliyyə məlumatlarına qədər bir çox istifadəçi məlumatları risk altında ola bilər. Hazırkı iddialar əgər doğrudursa, tarixdə oyun sənayesinə edilən ən böyük kiberhücumlardan biri ola bilər.

© copyright 2022 | tech.az | info@tech.az