Az | EN

Papara Türk investisiya platforması Finfree-ni satın aldı

Cəmil Hüseynzadə
30 Oktyabr 2024 17:43
263 baxış
Papara Türk investisiya platforması Finfree-ni satın aldı

Papara Holding Türkiyə maliyyə texnologiyaları şirkəti Finfree-ni satın aldığını elan edib. Bu alqı-satqı, Papara-nın investisiya texnologiyaları sahəsindəki fəaliyyətini genişləndirmək və istifadəçilərinə daha əhatəli maliyyə təcrübəsi təqdim etmək məqsədini əks etdirir.

Papara-nın CEO-su Emre Kenci açıqlamasında bildirib ki, son illərdə İstanbul Birjasında fərdi investorların sayı sürətlə artaraq 7,5 milyona çatıb və investorlar maliyyə gələcəklərini qorumaq və rifahlarını artırmaq üçün öz investisiyalarını daha asanlıqla idarə etmək istəyirlər. Papara isə bu ehtiyaca cavab olaraq hər səviyyədən olan investorlar üçün innovativ və əlçatan həllər təqdim etməyi hədəfləyir.

Bu alqı-satqı nəticəsində Papara, Finfree-nin inkişaf etmiş texnologiyalarını öz platformasında birləşdirərək, istifadəçilərə daha ətraflı maliyyə analizləri aparmaq və daha məlumatlı investisiya qərarları vermək imkanı yaradacaq. İstifadəçilər portfellərinin performansını izləyə, müxtəlif maliyyə alətlərinə, o cümlədən səhm və fondlara çıxış imkanı qazanacaq və portfellərini şaxələndirə biləcəklər. 

Finfree-nin həmtəsisçisi Senih Mete Dal isə Papara ilə güclərini birləşdirməkdən məmnun olduqlarını ifadə edərək, istifadəçilərə fərdi investisiya təklifləri və avtomatlaşdırılmış portfel idarəetməsi kimi yeni həllər təqdim etməyi planladıqlarını vurğulayıb.

© copyright 2022 | tech.az | info@tech.az