Az | EN

Texnologiya şirkətlərinin enerji böhranı

Cəmil Hüseynzadə
24 Noyabr 2024 14:04
478 baxış
Texnologiya şirkətlərinin enerji böhranı

Süni intellekt və bulud hesablama texnologiyalarının sürətlə genişlənməsi, texnologiya şirkətlərinin məlumat mərkəzlərinə olan tələbatını artırıb. Şirkətələr öz infrsasturukrularını böyütmək üçün yeni həllər yeni planlar hazırlmaq yolundadır. Google, Amazon və Microsoft kimi iri texnologiya şirkətləri enerji istehlakının böyük bir hissəsini təşkil edən bu mərkəzlər üçün alternativ enerji mənbələri axtarır.

Məlumat mərkəzlərinin (Data Center) enerji böhranı

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2026-cı ilə qədər məlumat mərkəzlərinin enerji istehlakı iki il əvvəlkindən iki dəfə çox ola bilər ki, bu da ən azı “bir İsveç” və ya “bir Almaniya” qədər enerji artımı deməkdir. Avropa İttifaqında məlumat mərkəzləri ümumi elektrik istehlakının təxminən 2,7%-ni təşkil edir və bu göstəricinin 2030-cu ilə qədər 3,21%-ə çatacağı gözlənilir.

2024-cü ilin may ayından etibarən məlumat mərkəzi operatorları Avropa İttifaqının Enerji Səmərəliliyi Direktivi (EED) çərçivəsində enerji səmərəliliyi və bərpa olunan enerji inteqrasiyası kimi göstəricilər barədə hesabat təqdim etməyə məcbur olacaqlar. ABŞ-dakı həmkarlarına bənzər olaraq, Avropadakı məlumat mərkəzləri də ənənəvi enerji mənbələrindən asılılığı azaltmaq və karbon-azad, davamlı enerji təmin edən SMR-lərə keçid edir.

Texnologiya şirkətlərinin yeni enerji mənbəyi

Bu, ənənəvi enerji mənbələrindən asılılığın azaldılması və karbon izinin minimuma endirilməsi məqsədilə nüvə enerjisindən istifadəyə marağı artırıb. Google, Microsoft və Amazon kimi süni intellekt və bulud hesablama texnologiyalarını genişləndirmək enerji tələbatlarını qarşılamaq üçün nüvə enerjisinə yönəlir. Bu xüsusilə Kiçik Modul Nüvə Reaktorları (SMR) texnologiyalarıdır, aşağı karbonlu və davamlı enerji təmin etmək üçün mühüm həll yolu kimi diqqət çəkir.

Google bir neçə gün elan edib ki, ABŞ-ın Kairos Power şirkətindən altı-yeddi Kiçik Modul Nüvə Reaktorları (Small Modular Nuclear Reactors — SMR) sifariş verib. Beləliklə, Google məlumat mərkəzləri üçün aşağı karbonlu elektrik enerjisi təmin etmək məqsədilə yeni nüvə elektrik stansiyaları sifariş edən ilk texnologiya şirkəti oldu. Amazon isə məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün ABŞ-ın X-Energy şirkətinə sərmayə qoyduğunu açıqladı. Microsoft isə sentyabr ayında ABŞ-ın Constellation Energy enerji şirkəti tərəfindən bərpa ediləcəyi təqdirdə, fəaliyyəti dayandırılmış ABŞ-ın Three Mile Island nüvə elektrik stansiyasından 20 illik elektrik enerjisi tədarükü alacağını bəyan edib.

Kiçik Modul Nüvə Reaktorlarının əhəmiyyəti

Bu addımlar, iqlim keçidinə dəstək üçün həlledici hesab edilən Kiçik Modul Nüvə Reaktorları (SMR) və Ətraflı Modul Reaktorları (Advanced Modular Reactors — AMR) bazarını gücləndirəcəyi gözlənilir. SMR-lər kompakt ölçüsü ilə fərqlənir, bəzi hallarda portativdir və məlumat mərkəzi istehlakçılarına daha yaxın yerləşdirilə bilər.

SMR-lər innovativ təhlükəsizlik xüsusiyyətlərinə malikdir və nüvə texnologiyalarını yeni sənaye tətbiqlərinə inteqrasiya etməyi asanlaşdırır. Bu texnologiyalar məlumat mərkəzlərində dekarbonizasiya ilə yanaşı, nəqliyyat, kimya, polad sənayesi və rayon istilik sistemləri kimi çətin emissiyaların olduğu sahələrdə də əhəmiyyətli rol oynaya bilər. Bizi alternativ enerji sahəsində yeni innovasiyalar və böyük inkişaflar gözləyir…

Vurğun Hacıyev

© copyright 2022 | tech.az | info@tech.az