Proton yeni videozəng platforması – Proton Meet xidmətini istifadəyə verib. Yeni xidmət Google Meet-ə alternativ kimi təqdim olunur və istifadəçilər ondan qeydiyyat olmadan da yararlana bilirlər.
Qeydiyyatsız istifadə zamanı maksimum 4 nəfərlə zəng təşkil etmək mümkündür. Hesab açıldıqda isə pulsuz versiyada 50 nəfərə qədər iştirakçı və 1 saata qədər zəng limiti tətbiq olunur. Aylıq 8 dollar dəyərində abunə paketi 100 nəfərə qədər iştirakçı və limitsiz zəng imkanı təqdim edir. Daha yüksək tariflərə digər Proton xidmətləri də daxildir.
Platformada görüş yaratmaq, dərhal zəng başlatmaq, planlaşdırmaq və ya daimi “otaq” qurmaq mümkündür. Görüşləri Proton və digər təqvimlərə əlavə etmək də dəstəklənir.
Şirkətin bildirdiyinə görə, Proton Meet uçdan-uca şifrələmə ilə qorunur və zənglərə heç kəs, hətta Proton özü belə giriş əldə edə bilmir.

