Az | EN

Whoop 575 milyon dollar investisiya alıb

Cəmil Hüseynzadə
01 Aprel 2026 12:13
36 baxış
Whoop 575 milyon dollar investisiya alıb

Sağlamlıq və fitness izləmə cihazları istehsal edən Whoop növbəti maliyyələşdirmə mərhələsində 575 milyon dollar investisiya əldə edib. Yeni investisiya raundu şirkətin dəyərini 10,1 milyard dollara çatdırıb ki, bu da əvvəlki 3,6 milyard dollarlıq qiymətləndirmə ilə müqayisədə təxminən üç dəfə çoxdur.

İnvestisiya raunduna müxtəlif iri fondlar və qurumlarla yanaşı, tanınmış idmançılar da qoşulub. Onların arasında Cristiano Ronaldo, LeBron James və Rory McIlroy kimi məşhurlar yer alır.

Şirkət yarandığı gündən bu günə qədər ümumilikdə təxminən 900 milyon dollar investisiya cəlb edib. Yeni tərəfdaşlıqlar, xüsusilə tibbi texnologiyalar sahəsində fəaliyyət göstərən Abbott ilə əməkdaşlıq, Whoop-un səhiyyə istiqamətində genişlənmək planlarından xəbər verir.

Şirkət rəhbərliyinin sözlərinə görə, əldə olunan vəsait əsasən yeni kadrların işə götürülməsi, marketinq, tədqiqat və inkişaf, həmçinin beynəlxalq bazarlarda genişlənmə üçün istifadə olunacaq.

© copyright 2022 | tech.az | info@tech.az