Az | EN

“PUBG Mobile" oyunu "GTA 5"dən daha çox gəlir əldə edib

Bənövşə Kazımova
03 Yanvar 2023 16:46
413 baxış
“PUBG Mobile" oyunu "GTA 5"dən daha çox gəlir əldə edib

PUBG Mobile oyununun ümumilikdə GTA 5-dən daha çox gəlir əldə etdiyi bildirilib.

Məlumatlara görə, PUBG Mobile 9 milyard dollardan çox gəlir əldə edib və hətta GTA 5-i də keçib. 2013-cü ildə debüt edən GTA 5 isə indiyədək 7,68 milyard dollar gəlir əldə edib.

Həmçinin App Store və Google Play istifadəçiləri PUBG Mobile-ı 1,1 milyard dəfə quraşdırıblar. Bundan əlavə, oyunçuların bu oyuna xərclədiyi pul gündə 5,2 milyon dollar təşkil edir.

Nəzərinizə çatdıraq ki, GTA 5 2013-cü ildə çıxmasına baxmayaraq, oyun hər üç aydan bir 5 milyon nüsxə satılır. Oyunun ümumi satışları 180 milyonu ötüb. PUBG Mobile isə 2018-ci ildə satışa çıxarıldıqdan sonra bütün dünyada milyonlarla oyunçu tərəfindən oynanılıb.

© copyright 2022 | tech.az | info@tech.az