Az | EN

Push30 yenidən investisiya alıb

Cəmil Hüseynzadə
06 Aprel 2024 10:31
1294 baxış
Push30 yenidən investisiya alıb

Push30 "AloqaVentures"dən investisiya alıb. Fond Push30 startapının Özbəkistanda fəaliyyət göstərən “Push30 Uzbekistan” bölməsinin fəaliyyətinə əsasən bu investisiyanı edib.

Push30 Azərbaycanda 250-dən çox idman mərkəzinə və Daşkənddəki 100 idman mərkəzinə, o cümlədən idman zalları, üzgüçülük hovuzları, pilates, yoqa və digər idman növlərinə məhdudiyyətsiz çıxışı təmin edən unikal platformadır. Bu yaxınlarda platforma Özbəkistan bazarında uğurla genişləndi və daha da genişlənməyi planlaşdırır, daha çox ölkəni əhatə etmək və xidmətlərini beynəlxalq auditoriyaya təqdim etmək istəyir.

AlogaVentures startaplara 50-250 000 dollar arasında investisiya edir. Fond Push30 startapı Özbəkisantda genişlədiyi üçün investisiya etdiyini açıqlayıb.

Push30 Azərbaycanın ən uğurlu strartaplardan biridir. Startap 2019-cu ildə Rəhim Bayramlı, Adil Qasımov və Rahul D'Mello tərəfindən təsis edilib. 

Daha öncə Push30 startapına Caucasus Ventures da investisiya edib.

© copyright 2022 | tech.az | info@tech.az