Az | EN

PwC süni intellektə 1 milyard dollar investisiya etməyi planlaşdırdığını bildirib

Nail Valiyev
27 Aprel 2023 17:29
258 baxış
PwC süni intellektə 1 milyard dollar investisiya etməyi planlaşdırdığını bildirib

Microsoft ilə əməkdaşlıq çərçivəsində ediləcək investisiya ilə PwC Microsoft-un Azure OpenAI platformasından istifadə edərək məhsul və texnologiyalarını inkişaf etdirməyi hədəfləyir.

PwC ABŞ növbəti 3 il ərzində süni intellektə 1 milyard dollar investisiya etməyi planlaşdırdığını bildirib. Şirkətin planlarına müştərilərə yeni xidmətlər təklif etmək, süni intellekti öz fəaliyyətinə inteqrasiya etdirmək və 65 000 əməkdaşının yeni bacarıqlar əldə etməsi daxildir.

Bəzi iqtisadçıların fikrincə, yaxın gələcəkdə iş yükünün 25-50 faizi süni intellekt tərəfindən idarə oluna bilər. Belə bir dəyişiklik Birləşmiş Ştatlarda 300 milyon işə və beləliklə məşğulluğa da təsir göstərə bilər. Bu baxımdan da PwC-nin öz işçilərinin yeni bacarıqlar əldə etməsi üçün planlarının olması önəmlidir.

 

© copyright 2022 | tech.az | info@tech.az