Az | EN

“Qadınlar STEM”də festivalı keçirilib

Bənövşə Kazımova
07 Fevral 2023 14:43
325 baxış
“Qadınlar STEM”də festivalı keçirilib

28-29 yanvar tarixlərində “Qadınlar STEM”də festivalı keçirilib. STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunan festival Bakı Limanının dəstəyi ilə həyata keçirilib.

"QadınFest" və “Women in Tech” platformalarının təşkilatçılığı ilə baş tutan festivalda önəmli ictimai xadimlər və STEM mütəxəssisləri çıxış ediblər. Festival çərçivəsində tələbə və mütəxəssislər üçün əmək yarmarkası, uşaqlar üçün STEM üzrə müxtəlif master-klaslar təşkil olunub.

Həmçinin festival təşkilatçıları STEM haqqında heç bir məlumatı olmayan şəxslərə STEM sahələri haqqında məlumatlar verib, tələbə və gənc mütəxəssislərə iş tapmaq və əlaqələri genişləndirmək haqqında danışıblar.

Tədbirdə STEM-ə daha çox uşaq cəlb etmək və onların festivalda əylənməsi üçün hər bir şərait yaradılıb. Qeyd edək ki, 2 gün boyunca davam edəcək festivala giriş ödənişsiz olub.

© copyright 2022 | tech.az | info@tech.az