Az | EN

Qadınlara səhiyyə xidməti göstərən Caraway 10,5 milyon dollar toxum investisiya alıb

Bənövşə Kazımova
29 İyul 2022 13:30
223 baxış
Qadınlara səhiyyə xidməti göstərən Caraway 10,5 milyon dollar toxum investisiya alıb

Universitetdə təhsil alan qadınlara xidmət göstərən Caraway Health 10,5 milyon dollar toxum sərmayə əldə edib. Bildirək ki, 7wireVentures və OMERS Ventures rəhbərliyi ilə keçirilən  investisiya raundunda Hopelab Ventures və mələk investorlar iştirak ediblər.

Startap qadın tələbələrə əqli, fiziki və reproduktiv xidmətlərinin göstərilməsinə yönəlmiş uzaqdan xəstə monitorinqi platforması təqdim edir. Jordan Nathan tərəfindən qurulan Caraway qadınlar üçün fərdi, ədalətli və əlçatan xidmətlər təmin etməyi hədəfləyir. 

Nəzərinizə çatdıraq ki, istifadəçilər 2018-ci ildə qurulan startapın onlayn müalicə və qulluq xidmətlərindən həftənin 7 günü, günün 24 saatı istifadə edə bilərlər. Bundan əlavə, startap ginekoloqlar, psixiatrlar, ailə həkimləri və terapevtlərdən ibarət komandadan ibarətdir.

© copyright 2022 | tech.az | info@tech.az