Süni intellekt əsaslı Higgsfield xidməti 1,3 milyard dollar dəyərləndirmə ilə 80 milyon dollar investisiya cəlb edib. Reuters-in şirkətə istinadən verdiyi məlumata görə, extension A raundunda Accel, GFT Ventures və Menlo Ventures iştirak edib.
Cəlb olunan vəsait korporativ satışların inkişafına, beynəlxalq genişlənməyə, tədqiqat və işləmələrə, eləcə də komandanın böyüdülməsinə yönəldiləcək. Startap 2026-cı ilin sonunadək əməkdaş sayını hazırkı təxminən 70 nəfərdən 300-ə çatdırmağı planlaşdırır.
Higgsfield AI 2023-cü ildə MFTİ məzunu, əvvəllər “Yandex”in axtarış komandasinda çalışmış Aleksandr Maşrabov və Qazaxıstandan olan Sİ tədqiqatçısı Erzat Dulat tərəfindən yaradılıb. Platforma süni intellekt effektləri ilə video və trend vizualların yaradılmasına imkan verir.
