Apple şirkətinin əməliyyatlar üzrə baş direktoru (COO) Ceff Uilyams bu ayın sonunda vəzifəsindən ayrılacaq. Onun yerinə Sabih Xan təyin olunacaq. O, hazırda Apple-da əməliyyatlar üzrə baş vitse-prezident vəzifəsində çalışır.
Ceff Uilyams bildirib ki, təqaüdə çıxmaq qərarına gəlib və vaxtını ailəsi və dostları ilə keçirmək istəyir. “Beş nəvəm var və sayları artmaqda davam edir. Onlarla daha çox vaxt keçirmək istəyirəm,” – deyə o, mətbuat açıqlamasında qeyd edib.
Uilyams bu ilin sonuna qədər Apple-da çalışmaqda davam edəcək və birbaşa şirkətin rəhbəri Tim Kuka hesabat verəcək. O, həmçinin Apple Watch məhsuluna və dizayn komandası ilə işlərə nəzarət edəcək. Uilyams təqaüdə çıxdıqdan sonra dizayn komandası birbaşa Tim Kuka tabe olacaq.
Ceff Uilyams Apple-da 30 ilə yaxın işləyib. Bu illər ərzində o, iPod və iPhone-un təqdim olunmasında, Apple Watch-un yaradılmasında və dizayn komandalarının idarə olunmasında mühüm rol oynayıb. Onun gördüyü işlər Apple şirkətinin uğur qazanmasına böyük töhfə verib.