Az | EN

"Apple" ın dəyəri 4 trilyon dolları ötüb

Nigar Sultanli
29 Oktyabr 2025 12:01
46 baxış
"Apple" ın dəyəri 4 trilyon dolları ötüb

Şirkətin səhmləri 1%-dən az bahalaşaraq hər biri 269,6 dollara satılıb. Nəticədə şirkətin ümumi bazar kapitallaşması 4,001 trilyon dollar təşkil edib.

Bu rəqəm ona görə diqqət çəkir ki, şirkət hələ aprel ayında ciddi zərbə almış, bir gün ərzində 310 milyard dollar dəyər itirmişdi. Lakin həmin minimum nöqtədən 2025-ci ilin oktyabr ayının sonuna qədər Apple səhmləri 56% kimi təsir edici artım nümayiş etdirərək bütün itkiləri geri qaytarıb və yeni rekorda imza atıb.

Analitiklər bu kəskin yüksəlişi bir neçə əsas amillə əlaqələndirirlər. İlk növbədə, 2025-ci ilin sentyabrında təqdim edilən "iPhone 17" modellərinin stabil satışları, xüsusilə də Çin kimi vacib bazarda yaxşı satılması böyük rol oynayıb. Ümumiyyətlə, yeni modellərin öz sələflərindən daha yaxşı satıldığı bildirilir.

Digər mühüm strateji addım isə "Apple"-ın ABŞ-ın sabiq prezidenti Donald Trampın tətbiq etdiyi idxal rüsumlarının yaratdığı risklərdən yayınması olub. Şirkət, istehsalat zəncirlərinin bir hissəsini uğurla Hindistan və Vyetnama köçürərək potensial "ən pis ssenarilərin" qarşısını ala bilib.

"Apple"-ın bu sürətli böyüməsi heyrətamizdir: şirkət 1 trilyon dollarlıq həddə 2018-ci ildə, 2 trilyon dollara 2020-ci ildə, 3 trilyon dollara isə 2021-ci ildə çatmışdı. 

© copyright 2022 | tech.az | info@tech.az