Az | EN

"Apple" köhnə telefonlar üçün yeniləmə edib

Bənövşə Kazımova
27 Yanvar 2023 16:33
359 baxış
"Apple" köhnə telefonlar üçün yeniləmə edib

“Apple” şirkəti 10 il əvvəl satışa buraxılan “iPhone 5S” telefonu üçün iOS yeniləməsi edib. Bu barədə “Appleinsider” məlumat yayıb.

Verilən məlumata görə, Amerika şirkəti köhnə qadcetlər üçün bir sıra yeniləmələr həyata edib. Bununla yanaşı, korporasiyanın mühəndisləri kompüterlər üçün nəzərdə tutulmuş macOS Big Sur 11.7.3 yeniləməsini də təqdim edib.

Yeniləmələr yeni funksiyaları aktivləşdirmir, amma telefonda olan bəzi boşluqları aradan qaldırmağa kömək edir.

Xatırladaq ki, “Apple” uzun müddətdir köhnə smartfonlar üçün yeniləmələri dayandırmışdı.

© copyright 2022 | tech.az | info@tech.az