Az | EN

"Binance" Yaponiyada yerləşən kriptovalyuta birjası "BitCoin"i satın alıb

Bənövşə Kazımova
01 Dekabr 2022 16:08
488 baxış
"Binance" Yaponiyada yerləşən kriptovalyuta birjası "BitCoin"i satın alıb

Yaponiya mərkəzli kriptovalyuta birjası "BitCoin" "Binance" tərəfindən satın alınıb. Bu addımla "Binance" Yaponiya bazarına daxil olub.

Belə ki, "Binance" Yaponiyada kriptovalyu tabirjası olaraq fəaliyyət göstərən "Sakura Exchange BitCoin"i (SEBC) tamamilə, yəni 100 faizini aldığını açıqlayıb. Bu satınalma ilə "Binance" Yaponiya bazarına Yaponiya Maliyyə Xidmətləri Agentliyi (JFSA) tərəfindən tənzimlənən bir qurum kimi daxil olub.

"Binance Japan"in idarəedici direktoru Takeşi Çino “Yaponiya bazarı kriptovalyutanın gələcəyində mühüm rol oynayacaq. Yüksək inkişaf etmiş texnologiya ekosisteminə malik dünyanın aparıcı iqtisadiyyatlarından biri kimi o, artıq güclü blokçeyn əldə etməyə hazırdır.”-, deyə açıqlamasında bildirib. "SEBC"nin baş direktoru Hitomi Yamamoto isə verdiyi açıqlamada birjanın Binance tərəfindən satın alındığı üçün məmnunluq duyduğunu qeyd edib.

© copyright 2022 | tech.az | info@tech.az