Az | EN

"Genesis" kriptovalyuta birjası da müflis ola bilər

Bənövşə Kazımova
22 Noyabr 2022 15:06
279 baxış
"Genesis" kriptovalyuta birjası da müflis ola bilər

tech.az marja.az-a istinadən xəbər verir ki, FTX kriptovalyuta birjasının iflasından sonra "Genesis"  kriptovalyuta birjası da iflas edə bilər. Çünki birja son zamanlar likvidlik problemləri ilə üzləşib və buna görə də onun tezliklə iflas edəcəyi gözlənilir. 

Bu barədə məlumatı ilkin olaraq "Bloomberg" xəbər agentliyi bazar ertəsi vəziyyətlə tanış olan mənbələrə istinadən verib. FTX-də baş verən hadisələrdən sonra pul çəkilmə əməliyyatlarını dayandıran Genesis-in maliyyə yardımı olmadan iflas edəcəyi barədə xəbərdarlıq etdiyi bildirilir.

Məlumata görə, şirkət onu təxminən 1 milyard dollar məbləğində vəsaitlə təmin edə biləcək investorları cəlb etməyə çalışır. Lakin birja bu məlumatı rəsmi şəkildə hələ ki təsdiqləməyib.

© copyright 2022 | tech.az | info@tech.az