Az | EN

"Green Energy" Startup PitchFest keçiriləcək

Nail Valiyev
20 İyun 2023 13:10
496 baxış
"Green Energy" Startup PitchFest keçiriləcək

Bakı Gənclər Mərkəzinin və “MLK Tech Group” MMC şirkətinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun birgə tərəfdaşlığı ilə "Green Energy" Startup PitchFest üçün qeydiyyat başlayıb.
Təşkil edilən Startup Pitchfest yalnız gənclər üçün nəzərdə tutulub. Yarışın keçirilməsində əsas məqsəd bu sahəyə marağı və istedadı olan gəncləri bir araya gətirmək və müəyyən problemlər üçün yeni həllər tapmaqdır.

"Green Energy" Startup PitchFest-ə qoşulmaq üçün iştirakçılar minimum 2 nəfərdən ibarət komandaya və verilən konseptə uyğun ideyaya sahib olmalıdırlar. Startup Pitchfest 03.07.2023 tarixində baş tutacaq və qeydiyyat 27 iyuna qədər aparılacaqdır. Yarışı uğurla bitirən komandalara pul mükafatı təqdim olunacaq: 1-ci yer - 1500 Azn, 2-ci yer 1000 Azn, 3-cü yer - 700 Azn.


Qeyd edək ki, "Green Energy" Startup Pitchfest-in əsas istiqamətləri "Yaşıl Enerji", "Alternativ Enerji" və "Enerji Sərfiyyatı"dır.

Qeydiyyat üçün buradan keçid edə bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az