Apple-ın 2020-ci ilin iyun ayında iOS 14 ilə təqdim etdiyi "Şəkil içində şəkil" (PiP) xüsusiyyəti zamanla bir çox iOS tətbiqinə əlavə edilib. Bu funksiyanı bir müddət idi sınaqdan keçirən Whatsapp platforması da artıq funksiyanın məlumatı təsdiqləyib və funksiyanın nə zaman əlçatan olacağı barədə məlumat verib.
WhatsApp-dan verilən açıqlamaya görə, şəkil içində şəkil xüsusiyyəti 2023-cü ildə iOS istifadəçiləri üçün əlçatan olacaq. Belə ki, funksiya sayəsində WhatsApp vasitəsilə videozəng edərkən digər proqramlardan da istifadə etmək mümkün olacaq. Funksiya artıq uzun müddətdir ki, Android telefonlarında istifadə olunur.
Onu da nəzərinizə çatdıraq ki, PiP dəstəyi iOS 14 ilə iPhone-lara gəlsə də, indiyədək "WhatsApp" bu dəstəkdən faydalanan tətbiqlərdən olmayıb.