Az | EN

"SpaceX" kriptovalyuta peykini orbitə buraxıb

Bənövşə Kazımova
06 Yanvar 2023 11:27
344 baxış
"SpaceX" kriptovalyuta peykini orbitə buraxıb

Yanvarın 3-də SpaceX şirkəti Kaliforniyada yerləşən Cryptosat startapı ilə əməkdaşlıq çərçivəsində hazırlanmış ikinci peyk olan Crypto2 kripto peykini Falcon 9 raketi ilə kosmosa göndərib. İlk peyk isə 2022-ci ilin mayında orbitə buraxılıb.

Startapın həmtəsisçisi Conatan Vayntraubun sözlərinə görə, yeni Crypto2 kripto peyki əvvəlkindən 30 dəfə yaxşı işləyir. Cryptosat SpaceX ilə birlikdə peykləri buraxmazdan əvvəl Beynəlxalq Kosmik Stansiyada sınaqlar keçirib. Həmçinin 2022-ci ilin dekabrında Cryptosat API vasitəsilə peyk infrastrukturuna necə qoşulmaq barədə jurnal da çıхаrıb.

Hazırda yalnız peyklərin orbitini izləmək imkanı mövcuddur və peyklərdə rabitə radio dalğalarından istifadə etməklə həyata keçirilir. Onu da əlavə edək ki, artıq Yerə yaxın orbitdə daha bir blokçeyn -  Sinqapurun SpaceChain startapı tərəfindən buraxılan Velas peyki fəaliyyət göstərir.

© copyright 2022 | tech.az | info@tech.az