Az | EN

RAM çatışmazlığı iPhone 18 istehsalını ləngidir

Cəmil Hüseynzadə
07 Avqust 2026 11:15
126 baxış
RAM çatışmazlığı iPhone 18 istehsalını ləngidir

Apple-ın yeni nəsil iPhone 18 smartfonlarının istehsalında əsas problemlərdən biri yaddaş çiplərinin çatışmazlığı olub. Məlumata görə, TSMC zavodlarında yeni iPhone modelləri üçün hazırlanmış təxminən 1 milyard dollar dəyərində prosessor yaddaş komponentlərinin çatışmazlığı səbəbindən yekun montaj mərhələsinə keçə bilmir.

İnsayder Tim Kulpanın bildirdiyinə görə, problem Apple-ın yeni 2 nanometrlik A20 prosessorlarında istifadə olunan istehsal texnologiyası ilə bağlıdır. Bu çiplərdə operativ yaddaş (RAM) prosessorla birlikdə vahid paketdə yerləşdirilir. Apple yaddaş çiplərini bazarın aparıcı istehsalçılarından alsa da, tələbatı tam qarşılamaq mümkün olmayıb.

Məlumata əsasən, ilk satış partiyalarının artıq əvvəlcədən hazırlandığı üçün iPhone 18-in bazara çıxışı zamanı alıcıların ciddi çatışmazlıq hiss etməsi gözlənilmir. Lakin qlobal DRAM bazarında davam edən böhran uzanarsa, sonrakı aylarda yeni iPhone modellərinin çatdırılma müddəti 2–3 həftəyə qədər arta, qiymətlər isə yüksələ bilər.

Bəzi analitiklər yaddaş bazarındakı mövcud vəziyyətin 2029-cu ilə qədər davam edə biləcəyini istisna etmirlər.

© copyright 2022 | tech.az | info@tech.az