Az | EN

Revolut Türkiyə bazarında daxil olur - "Hepsiburada"dan transfer

Cəmil Hüseynzadə
07 Sentyabr 2025 09:57
110 baxış
Revolut Türkiyə bazarında daxil olur - "Hepsiburada"dan transfer

Qlobal fintex şirkəti Revolut, uzun müddət şayiə kimi yayılan Türkiyə bazarına daxilolma planlarını rəsmi addımla təsdiqlədi. Şirkət, ölkədəki ilk rəhbər vəzifəyə təcrübəli menecer Erkin Aydını təyin etdi.

Son üç ildə Hepsiburada-nın maliyyə xidmətləri qrupuna rəhbərlik edən Aydın, bundan əvvəl 14 il ərzində QNB Finansbank-da çalışmış və bankın idarə heyətində yer almışdı. Hepsiburada-da isə o, Hepsipay və Hepsifinans kimi layihələri əhatə edən Maliyyə Xidmətləri Qrupunun CEO-su olub.

Bu təyinat, Revolut-un son bir ildir potensial bazar kimi nəzərdən keçirdiyi Türkiyədə fəaliyyətə başlamağa hazırlaşdığına dair ən güclü siqnal kimi qiymətləndirilir.

Mütəxəssislərə görə, Erkin Aydın Türkiyədə Revolut-un: maliyyə tənzimləyici qurumlarla münasibətlərini idarə etməsi,

strateji tərəfdaşlıqlar qurması, məhsulları yerli bazara uyğunlaşdıraraq inteqrasiya etməsi gözlənilir.

Hazırda isə Revolut-un Türkiyədə rəsmi fəaliyyətə nə vaxt və hansı formada başlayacağı hələ məlum deyil.

 

© copyright 2022 | tech.az | info@tech.az