Az | EN

WaterTech Bootcamp: Süni İntellektlə Su Ehtiyatlarının İdarəolunması

Nigar Sultanli
06 Sentyabr 2025 19:27
60 baxış
WaterTech Bootcamp: Süni İntellektlə Su Ehtiyatlarının İdarəolunması

5–8 sentyabr tarixlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Təlim və İnnovasiyalar Mərkəzində keçirilən WaterTech Bootcamp, su ehtiyatlarının idarə olunması sahəsində süni intellekt və innovativ texnologiyaların tətbiqinə həsr olunmuş 4 günlük təlim və hakaton proqramıdır. Tədbirin rəsmi açılışı 5 sentyabr tarixində baş tutub.

Ümumilikdə 305 nəfər müraciət edənlərdən, seçilmiş 60 gənc hazırda Bootcamp-da iştirak edir. İştirakçılar həm nəzəri biliklər, həm də real problemlər üzərində praktiki bacarıqlar əldə edir, komandalar şəklində texnoloji həllər üzərində çalışırlar. Proqramın sonunda ən uğurlu ideyalar münsiflər heyəti tərəfindən seçilərək mükafatlandırılacaq və layihələrini həyata keçirilməsi üçün imkanları qazanacaqlar. 

WaterTech Bootcamp, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu və SUP VC-nin təşkilatçılığı, EU4ClimateResilience (Avropa İttifaqının Şərq Tərəfdaşlığında Karbonsuzlaşma və İqlim Dayanıqlılığı) layihəsinin dəstəyi ilə həyata keçirilir. Layihə Avropa İttifaqı (Aİ) və Almaniyanın Ətraf Mühit, İqlim Fəaliyyəti, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi (BMUKN) tərəfindən maliyyələşdirilir, GİZ və OECD tərəfindən həyata keçirilir.

WaterTech Bootcamp yalnız bilik və bacarıqların artırıldığı bir platforma deyil, həm də komanda işi, kreativlik və davamlı inkişafa yönəlik dəyərləri təşviq edən mühüm bir təşəbbüsdür.

© copyright 2022 | tech.az | info@tech.az