Az | EN

Riyaziyyatçılar GPT-5.2 Pro-nun Erdöş məsələsini həll etdiyini təsdiqlədi

Cəmil Hüseynzadə
19 Yanvar 2026 17:00
44 baxış
Riyaziyyatçılar GPT-5.2 Pro-nun Erdöş məsələsini həll etdiyini təsdiqlədi

Riyaziyyatçılar OpenAI-nin GPT-5.2 Pro modelinin macar riyaziyyatçı Pal Erdöşun №281 açıq məsələsinə yeni həll irəli sürdüyünü təsdiqləyiblər. Məsələ ilə bağlı həlli Ethereum-un miqyaslandırılması üçün Eclipse platformasının qurucusu Nil Somani paylaşıb. Həllin GPT-5.2 Pro tərəfindən formalaşdırıldığı qeyd olunub.

Sübut “Somani tərəfindən ChatGPT-dən istifadə etməklə təqdim edilib” qeydi ilə Erdöşun kombinatorika və ədədlər nəzəriyyəsinə aid məşhur məsələlər siyahısında rəsmi şəkildə dərc olunub. Həmin siyahıda mindən çox hipotez yer alır və onların təxminən 400-ü indiyədək sübut edilib.

Kaliforniya Universitetinin (Los-Anceles) professoru və Filds mükafatı laureatı Terens Tao həllin düzgünlüyünü təsdiqləyərək bunu “süni intellektin açıq riyazi məsələnin həllində ən aydın nümunələrindən biri” adlandırıb. Onun sözlərinə görə, GPT-5.2 Pro-nun təqdim etdiyi sübut əvvəlki nəzəriyyələrdən xeyli fərqlənir və digər məşhur İİ modellərində analoqu tapılmayıb.

Qeyd edək ki, bu, süni intellekt modelləri tərəfindən “həll edilən” üçüncü Erdöş məsələsidir. Daha əvvəl iki məsələ Harmonic startapının Aristotle adlı neyroşəbəkəsi tərəfindən sübut olunmuşdu.

© copyright 2022 | tech.az | info@tech.az