Az | EN

Rusiya Ali Məhkəməsi "Google"un 1 kvintilyon dollar cəriməsini təsdiqləyib

Cəmil Hüseynzadə
18 Fevral 2026 13:24
62 baxış
Rusiya Ali Məhkəməsi "Google"un 1 kvintilyon dollar cəriməsini təsdiqləyib

Rusiya Ali Məhkəməsi Google şirkətinə qarşı irəli sürülmüş təxminən 1 kvintilyon ABŞ dollarından çox məbləğdə maliyyə tələblərini qüvvədə saxlayıb. Qərarla Google International LLC-nin kassasiya şikayəti təmin edilməyib. Məlumatı RIA Novosti yayıb.

Bildirilib ki, cərimə məbləği YouTube platformasında 13 televiziya kanalının və üç media qurumunun hesablarının blokdan çıxarılması ilə bağlı məhkəmə qərarlarının icra olunmaması səbəbindən formalaşıb. Şirkət qərarları yerinə yetirmədiyi üçün dəbbə pulu həndəsi artım prinsipi ilə yüksəlib.

Moskva arbitraj məhkəmələri bu tələbləri cari öhdəlik kimi tanıyıb. Bu status mümkün iflas prosedurunda həmin tələblərin digər kreditorlarla müqayisədə prioritet qaydada ödənilməsini nəzərdə tutur. İflas prosesində iştirak edən idarəçi isə bildirib ki, irəli sürülən məbləğ real olaraq tutulacaq vəsaitin kreditorlar arasında bölüşdürülməsi üçün əsas kimi istifadə olunacaq.

© copyright 2022 | tech.az | info@tech.az