Az | EN

Rusiyada qraffiti və qeyri-qanuni reklamları müəyyənləşdirən süni intellekt sınaqdan keçirilir

Cəmil Hüseynzadə
26 Mart 2026 12:14
49 baxış
Rusiyada qraffiti və qeyri-qanuni reklamları müəyyənləşdirən süni intellekt sınaqdan keçirilir

Rusiyada qraffiti və qanunsuz reklamların aşkar edilməsi üçün süni intellekt əsaslı yeni sistem test olunur. Bu barədə texnologiyanı hazırlayan NtechLab şirkəti məlumat verib.

Bildirilib ki, hazırlanmış videoanalitika sistemi şəhər kameralarından və ictimai nəqliyyatda quraşdırılmış müşahidə cihazlarından gələn görüntüləri analiz edir. Sistem razılaşdırılmamış qraffiti və qeyri-qanuni reklamları müəyyən edərək müvafiq qurumlara məlumat ötürür.

Şirkətin açıqlamasına görə, alqoritmlər elə tənzimlənib ki, qanuni küçə sənəti nümunələrinə və mural rəsmlərə reaksiya verməsin. Hazırda texnologiya Rusiyanın bir neçə regionunda pilot mərhələdə sınaqdan keçirilir.

Mütəxəssislər hesab edir ki, bu həll xırda vandalizm hallarının qarşısının alınmasına və şəhər mühitində pozuntuların daha sürətli aradan qaldırılmasına kömək edəcək. Planlara əsasən, sistemin bir il ərzində bir sıra şəhərlərdə tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəl NtechLab şirkətinin hazırladığı texnologiyalar Rusiyada tullantı sahələrinin monitorinqi və kommunal xidmətlərin fəaliyyətinə nəzarət üçün də istifadə olunub.

© copyright 2022 | tech.az | info@tech.az