Az | EN

Rusiyanın kosmik missiyası təxirə salınıb 

Bənövşə Kazımova
16 Dekabr 2022 12:29
526 baxış
Rusiyanın kosmik missiyası təxirə salınıb 

Rusiyanın kosmik missiyasının təxirə salındığı bildirilir. Belə ki, Rusiya kosmonavtları tərəfindən Beynəlxalq Kosmik Stansiyada (BKS) həyata keçirilməsi planlaşdırılan kosmik missiya "Soyuz MS-22" gəmisində sızma səbəbiylə həyata keçirilə bilməyib.

Məsələ ilə bağlı Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada stansiyada olan “Soyuz MS-22” gəmisinin avadanlıq bölməsinin xarici korpusunun zədələndiyi qeyd olunub.

Əlavə olaraq bildirək ki, alimlər və kosmonavtlar Beynəlxalq Kosmik Stansiya sayəsində illərdir kosmosda müxtəlif təcrübələr və tədqiqatlar aparırlar. 1998-ci ildə inşasına başlanan kosmik stansiya 2 noyabr 2000-ci ildə Bill Şeferd, Sergey Krikalev və Yuri Gidzenkonun kosmosa göndərilməsiylə rəsmi olaraq istifadəyə verilmişdir.

© copyright 2022 | tech.az | info@tech.az