Sumqayıt İnnovasiya Mərkəzi üçün rəsmi "Apple" statusun təmin edilməsi planlaşdırılır.
Sumqayıt İnnovasiya Mərkəzinin açılış mərasimində bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib.
O bilidirib ki, "Sumqayt İnnovasiya Mərkəzinə sadəcə ofis məkanı kimi baxmamalıyıq. Bu mərkəz ölkədə innovasiya mədəniyyətinin formalaşmasına və güclənməsinə dəyər qatan ideyaların yarandığı məkan rolunu oynayır. Mərkəz əhatəli infrastruktur şəbəkəsi ilə startap ekosistemini inkişaf etdirmək və ümumilikdə innovativ təfəkkürü yeni nəsil yetişdirmək məqsədini daşıyır".
Yaxın gələcəkdə Sumqayıt İnnovasiya Mərkəzində "Apple" şirkəti tərəfindən təlimçilərin sertifikatlaşdırılması və mərkəzin rəsmi "Apple" statusunun əldə edilməsi nəzərdə tutulur. Davamında Samir Məmmədov "Bu, mühüm məsələdir, çünki gənclərin xüsusilə də bu sertifikatlara marağı var və gələcəkdə onların işlə təmin olunması üçün bu sertifikatlaşdırma çox vacibdir" bildirib.