Az | EN

Samsung istifadəçiləri üçün yeni foto redaktə tətbiqi istifadəyə verilib

Nail Valiyev
18 İyul 2022 13:30
489 baxış
Samsung istifadəçiləri üçün yeni foto redaktə tətbiqi istifadəyə verilib

Samsung şirkəti Galaxy Store-dan endirilə bilən rəsmi süni intellekt dəstəkli foto redaktə tətbiqini təqdim edib. Bildiyimiz kimi, Samsung indiyədək foto keyfiyyətini yaxşılaşdırmaq üçün kamera tətbiqi daxilində hazırlanmış süni intellektdən istifadə edir.  

Samsung Galaxy Enhance-X sizə fotoşəkilləri redaktə etməyə imkan verir. Tamamilə yeni Galaxy Enhance-X süni intellekt vasitəsilə bir toxunuşla fotoşəkilləri təkmilləşdirməyə kömək edir. Artıq hamının istifadə etdiyi Adobe Lightroom, Picsart və Snapseed kimi oxşar funksiyaları olan tətbiqlərin çox olduğunu bilirik. Samsung Galaxy Enhance-X də həmin tətbiqlərə oxşar funksiyalar vəd edir. Yeni tətbiq öz istifadəçilərinə miqyas dəyişmədə, tünd şəkilləri işıqlandırmaqda, bulanıq şəkilləri düzəltməkdə və moir naxışlarını aradan qaldırmaqda kömək edir. Təkmilləşdirilmiş fotoşəkillər orijinalla birlikdə JPEG formatında Galaxy Enhancer-X tətbiqində saxlanılacaq. Tətbiqin interfeysi çox sadə və faydalı dizayna malikdir. Beləliklə, tətbiqin istifadəsinin çox sadə olduğunu qeyd etmək olar.

Samsung-un Galaxy Enhance-X proqramı Android 10 və ya daha yüksək versiyalı bütün Galaxy smartfonları ilə işləyir.  Bu tətbiq vasitəsilə istifadəçilər öz şəkillərini redaktə etmək üçün başqa tətbiqə ehtiyac duymayacaqlar.

© copyright 2022 | tech.az | info@tech.az