Səhiyyə işçilərinə iş imkanları verən ShiftMed 200 milyon dollarlıq investisiya əldə edib. Panoramic Ventures-in rəhbərlik etdiyi investisiya turunda Audacious Capital və Blue Heron Capital iştirak edib.
Startap verdiyi açıqlamada yeni investisiyadan fəaliyyət göstərdiyi bazarları genişləndirmək üçün istifadə edəcəyini bildirib.
2019-cu ildə qurulan ShiftMed tibb bacılarını əlavə işçi axtaran səhiyyə müəssisələri ilə bir araya gətirən platformadır. Platforma vasitəsilə istifadəçilər, yəni tibb bacıları nə vaxt və harada işləmək istədiklərini seçirlər. Todd Walrath tərəfindən qurulan startap tibb bacılarının işləyəcəkləri müəssisə ilə əlaqəsini təmin etmək üçün Uber Health ilə də əməkdaşlıq edir.