Şimali Koreya lideri Kim Çen In ölkəsinin ilk kəşfiyyat peykinin istehsalının başa çatdığını açıqlayıb.
Şimali Koreyanın KCNA xəbər agentliyi Cənubi Koreyanın paytaxtı Seul şəhərini kosmosdan göstərən sınaq peykindən çəkilmiş ağ-qara fotoşəkilləri yayımlayıb. Şimali Koreya 19 dekabr 2022-ci ildə ilk casus peykinin hazırlanmasının son mərhələ olaraq sınaq peykini orbitə çıxarıb.
Bildirmək istərdik ki, keçən həftə Şimali Koreyanın son raket buraxılışları, o cümlədən qitələrarası ballistik raket sınağdan keçirib.