Az | EN

Yeni nəsil TV-ləri qarşılayın - THOMSON Azərbaycanda!

Cəmil Hüseynzadə
14 May 2025 18:48
957 baxış
Yeni nəsil TV-ləri qarşılayın - THOMSON Azərbaycanda!

ERC Distribution Azerbaijan THOMSON smart televizorlarının rəsmi distribyutoru oldu. Avropanın tanınmış televiziya istehsalçısı olan THOMSON, ağıllı televizorlar kateqoriyası ilə Azərbaycan bazarına daxil olduğunu məmnuniyyətlə elan edir. Bu genişlənmə ERC Distribution AZ ilə strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilir. ERC rəsmi distribyutor olaraq THOMSON-un yeni Google TV seriyasını — UHD, QLED və QLED Pro modelləri də daxil olmaqla yerli istifadəçilərə təqdim edəcək. Gələcəkdə isə monitorlar seriyası da bazara çıxarılacaq.

ERC Distribution AZ ölkə üzrə pərakəndə mağazalar, onlayn platformalar və digər satış nöqtələri üçün yüksək səviyyəli xidmətlər göstərəcək. THOMSON-un məhsul çeşidinə smart və qeyri-smart modellər — HD, FHD, 4K UHD, QLED, MiniLED və OLED Google TV-lər daxildir. Televizorlar 24 düymdən 100 düymədək müxtəlif ölçülərdə təqdim olunur.

Yeni monitor seriyası oyunçular və peşəkar istifadəçilər üçün nəzərdə tutulub: zərif dizayn, yüksək yenilənmə tezliyi, müxtəlif qoşulma imkanları və inkişaf etmiş ergonomika ilə seçilir. Hər bir THOMSON məhsulu 3 illik zəmanət ilə təqdim olunur — bu isə keyfiyyətə və uzunömürlülüyə təminatdır.

“ERC Distribution AZ ilə əməkdaşlığımızı səbirsizliklə gözləyirik. Onlar yerli bazarda güclü mövqeyə malikdir,” — deyə THOMSON-un Mərkəzi və Şərqi Avropa & MDB regionu üzrə direktoru Zafer Pirim bildirib.
“Bu əməkdaşlıq Azərbaycan bazarında böyümə strategiyamızın mühüm mərhələsidir və istehlakçılara THOMSON Google TV vasitəsilə hər kəs üçün əlçatan, istifadəsi asan və məhdudiyyətsiz əyləncə təqdim edəcəyik.”

“Biz THOMSON ilə müqavilənin imzalanmasını böyük məmnuniyyətlə elan edirik. Bu əməkdaşlıq inkişaf edən bazarda keyfiyyətli məhsullar və tərəfdaşlar üçün yeni imkanlar deməkdir,” — Egor Moşkarev, ERC Distribution Azerbaijan şirkətinin əməliyyatlar üzrə direktoru.

Azərbaycanda təqdim olunan əsas THOMSON məhsulları:

  • Thomson Google TV UHD: 3840 x 2160 piksel təsvir ölçüsü ilə bu 4K UHD televizorlar Full HD-dən dörd dəfə daha aydın görüntü təqdim edir — kino keyfiyyətində baxış təcrübəsi yaradır.
  • Thomson Google TV QLED: Quantum Dot texnologiyası ilə təchiz olunmuş bu ekranlar parlaq rənglər, dəqiq kontrastlar və balanslaşdırılmış parlaqlıq təqdim edir.
  • Thomson Google TV QLED Pro: Ən son 144 Hz texnologiyası ilə təchiz edilmiş modellər axıcı görüntü, daha az gecikmə və dinamik kontent üçün ideal seçimdir o cümlədən oyunlar və idman proqramları üçün.

THOMSON – Google TV-nin rəsmi tərəfdaş markası

Google tərəfindən təsdiqlənmiş məhsullar sayəsində istifadəçilər 700,000-dən çox film, serial və verilişə çıxış əldə edir. Google TV əməliyyat sistemi təhlükəsiz və istifadəçi dostu interfeysə malikdir — bütün kontent bir yerdə, tətbiqlər arasında keçidə ehtiyac qalmır.

  • Bluetooth pult — Netflix, Disney+, Prime Video və YouTube üçün xüsusi düymələr və Google Assistant ilə səsli axtarış funksiyası.
  • Google Cast — smartfon və planşetlərdən birbaşa televizora kontent ötürmək imkanı.

Maksimum rahatlıq üçün xüsusi funksiyalar:

• Fırlanan dayaq – THOMSON 4K TV-lər 30 dərəcə dönən mərkəzi dayağa malikdir
• İşıqlı pult – qaranlıqda belə rahat idarəetmə
• Çərçivəsiz dizayn – istənilən interyerdə müasir görünüş
• Tənzimlənən ayaqlar – 32 düymədək modellərdə yerə qənaət üçün
• Ağ rəngli modellər – mətbəx, yataq otağı və uşaq otaqları üçün ideal
• Kempinq TV-lər – 12V adapterlə karavan və ya qayıqlarda istifadə üçün uyğundur

THOMSON haqqında
1893-cü ildə Fransada qurulan THOMSON brendi 130 illik tarixə və zəngin Avropa irsinə malikdir. İstifadəçiyə yönəlmiş innovasiyaları ilə tanınan şirkət televizorlar, axın qurğuları və monitorlar istehsal edir. Avropada dizayn olunan THOMSON TV-ləri HD-dən tutmuş OLED Google TV-lərə qədər geniş çeşiddə təqdim olunur.

Ətraflı məlumat üçün: tv.mythomson.com

ERC Distribution Azerbaijan haqqında

ERC Distribution AZ beynəlxalq ERC Holding şirkətinin bir hissəsidir. 2019-cu ildə Azərbaycan bazarına daxil olan şirkət bu gün IT, elektronika və oyuncaq sahəsində 100-dən çox dünya brendini təmsil edir. 150-dən çox partnyorla işləyən ERC, pərakəndə satış, sistem inteqrasiyası və B2B həllər üzrə güclü şəbəkəyə malikdir.

Şirkət yalnız məhsul distribusiyası ilə kifayətlənmir, həm də konsaltinq, texniki dəstək və təlimlər təklif edir. Yerli bazarda innovasiya və dəyər yaratmaq üçün ERC Distribution Azərbaycan daim inkişaf edir.
Daha ətraflı: ERC Holding | Home Page

© copyright 2022 | tech.az | info@tech.az