Az | EN

Türkan Fərzəliyeva "Payriff"dəki CEO vəzifəsindən ayrılıb

Cəmil Hüseynzadə
14 May 2025 16:00
231 baxış
Türkan Fərzəliyeva "Payriff"dəki CEO vəzifəsindən ayrılıb

“Payriff” QSC-nin direktoru dəyişib. Türkan Fərzəliyeva Payriff QSC-dəki CEO vəzifəsindən ayrılıb

Türkan Fərzəliyeva PayRiff QSC-də CEO vəzifəsindən ayrıldığını rəsmi olaraq təsdiqləyib. O, fevral ayından etibarən şirkətdə müşavir kimi fəaliyyətini davam etdirdiyini, CEO vəzifəsinin isə həmtəsisçi Xəyal Məmmədov tərəfindən icra edildiyini bildirib.

"İlk gündən etibarən Payriff-i birlikdə idarə etdiyimiz üçün şirkət üçün ciddi dəyişikliklər baş verməyib," – deyə Türkan Fərzəliyeva qeyd edib. Onun sözlərinə görə, 15 apreldən etibarən uzunmüddətli rəsmi məzuniyyətə çıxıb.

Fərzəliyeva 5 ilə yaxın rəhbərlik etdiyi Payriff QSC-də komanda ilə birgə bir çox mühüm uğurlara imza atdı. O, şirkətin Azərbaycanın ödəniş sistemləri ekosistemində aparıcı oyunçulardan birinə çevrilməsində mühüm rol oynadı. “Bir Fintek şirkətini qurub, böyütmək asan deyil. Bu təcrübəni düşündüyümdən daha uğurlu başa vura bildiyim üçün məmnunam,” – deyə o vurğulayıb.

Fərzəliyeva həmçinin şirkətin nailiyyətlərinə də toxunub:

  • Payriff, beynəlxalq PCI-DSS sertifikatına malikdir.
  • 2021-ci ildə KOBİA tərəfindən Startap şəhadətnaməsi ilə təltif olunub.
  • 2024-cü ilin aprel ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin texnopark rezidenti statusunu qazanıb.
  • Elə həmin ilin iyulunda Azərbaycan Mərkəzi Bankı tərəfindən ödəniş xidmətləri göstərilməsi üçün rəsmi lisenziya əldə edib.

Hazırda Payriff Azərbaycan, Pakistan və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyətini davam etdirir və 20-dən çox onlayn ödəniş xidmətini təqdim edir.

Türkan Fərzəliyeva çıxışında vurğulayıb ki, bir ideyaya uzun müddət fokuslanmaq bəzən yeni imkanların qarşısını ala bilər:

“Dəyişiklik hər zaman yaxşıdır. Yeni imkanlara açıq olmaq vaxtıdır.”

© copyright 2022 | tech.az | info@tech.az