Az | EN

Skandal - Rus olduqları üçün Slush qaliblərinin nəticələri ləğv edildi

Cəmil Hüseynzadə
23 Noyabr 2022 14:32
585 baxış
Skandal - Rus olduqları üçün Slush qaliblərinin nəticələri ləğv edildi

Dünyanın ən nüfuzlu texnologiya tədbirlərindən biri olan Slush-da skandal yaşanıb. Bir neçə gün öncə keçirilən “100 Pitching Competition” tədbirində qalib olan Rusiyalı komanda üzvlərinin qalibiyyəti ləğv edilib. 

Startap Birləşmiş Krallığa köçmək istəyən işçiləri üçün immiqrasiya prosesini asanlaşdırmağa çalışır. Tənqidçilər bildirirlər ki, onun əməliyyatları xüsusi olaraq Rusiyanı tərk edən ekspertlərə yardıma yönəlib. Təsisçilərdən həm Anastasia Mirolyubova, həm də Mixail Şaronov Rusiya vətəndaşıdır, lakin uzun müddətdir ki, Böyük Britaniyada yaşayırlar.

Ukraynalı investor Yaroslav Krempoviçin LinkedIn hesabında startapın yalnız ruslardan ibarət heyətə sahib olduğunu və onların bəzilərinin hələ də Rusiyada yaşadığını yazıb. Bu proseslərin fonunda skandal böyüdü. Bir çox şəxslər öz etirazını sosial mediadan bildirməyə başladı. Etiraz dalğasına görə Slush dünən rəsmi olaraq açıqlama verməli oldu.

Slush 100 Pitching Competition qalibinin Rusiyadakı əməliyyatlarının miqyası ilə bağlı yeni məlumatlar fonunda Slush qalibiyyətini ləğv etmək qərarına gəlib.
Slush hazırda fərdi qiymətləndirmələrini keçirən iştirakçı fondlardan Immigram-a investisiyalarını geri çəkmələrini xahiş edir.
Slush bu nəzarətəsizliyə görə üzr istəyir. Müsabiqəyə buraxmazdan əvvəl bütün iştirakçıların əməliyyatlarını daha yaxından nəzərdən keçirəcəyik.

Bu açıqlamadan sonra startapın həmtəsisçisi Anastasiya Mirolyubova LinkedIn hesabında məsələyə şərh bildirib. O açıqlamasında Ukranyanı dəstəklədiyini vurğulayıb.

Mənə həmişə öyrədilib ki, yaxşı işləri sakitcə etmək lazımdır. İşğalın əvvəlindən biz ukraynalı müştərilərimiz üçün ödənişlərdən imtina etdik, (bəli, hələ də çoxları var)hansı ki bu, cəbhə üçün təcili yardım maşını almağa kömək etdi. Bu kömək və dəstək deyilsə, nə olduğunu bilmirəm.

Mən 2016-cı ildə yaxın dostlarım hökumət tərəfindən repressiyaya məruz qaldıqdan və danışdıqlarına görə həbs olunduqdan sonra siyasi səbəblərdən qismən Rusiyanı tərk etdim və o vaxtdan bəri orada heç vaxt yaşamamışam, nə ticarət aparmışam, nə də vergi ödəmişəm. Mən 2016-cı ildən Böyük Britaniya vətəndaşıyam və müharibədən xeyli əvvəl 2019-cu ildə biznesə başlamazdan əvvəl bütün immiqrasiya proseslərindən keçmişəm.

Immigram-ın digər həmtəsisçisi Mixail Şaronovun ailəsi Odessadan, Ukraynadan, mənim atam isə Tatarıstandandır. Ancaq hər ikimizin qırmızı pasportu var.

Immigram-ın mahiyyəti hər hansı pasportu olan şəxslərə (kiçik Hindistan şəhərlərindən Nigeriya kəndlərinə qədər) irqçilik, ksenofobiya və nifrət olmadan inkişaf etmiş ölkələrdə yaşamağa və işləməyə kömək etməkdir.

Immigram işəgötürənlərə müxtəlif məşğulluq bazarlarına daxil olmaq üçün həllər təqdim edir. Startap istifadəçilərə rəhbərlik etməklə beynəlxalq istedadları cəlb etməyə və saxlamağa imkan verən B2B SaaS platformasıdır. Onların müştərilərinin 10%-i ruslar olub. 

Startap qalib olaraq Accel, General Catalyst, Lightspeed Venture Partners, NEA və Northzone-dan 1 milyon avro investisiya alıb.

Məsələnin siyasiləşdirilməsi, bir çox şəxsin Ukrayna məsələsinə görə rus təsisçiləri qınaması bu skandala səbəb oldu. Bu hadisənin yeni bir prosesin başlanğıcı olub-olmaması hələ ki, məlum deyil. Əgər bununla rus startapçılarının müxtəlif tədbirlərdən uzaqlaşdırılması başlanarsa dünyada başqa bir skandal da yaranda bilər. 

Slush hər il Finlandiyanın Helsinki şəhərində keçirilən startap və texnologiya tədbiridir. Slush-ın əsas məqsədi yeni nəsil sahibkarlar meydana çıxarmaq və onlara dəstək olmaqdı. Bu səbəbdən də tədbirdə startapçılar və investorlar arasında sıx əlaqə təmin edilir.

© copyright 2022 | tech.az | info@tech.az