Az | EN

Startap ideyalarınızı uğurlu biznesə çevirən “LTC No-Code” İnkubasiya proqramı başlayır!

Cəmil Hüseynzadə
14 İyun 2023 16:02
421 baxış
Startap ideyalarınızı uğurlu biznesə çevirən “LTC No-Code” İnkubasiya proqramı başlayır!

Bu proqram vasitəsilə ideya sahibləri üçün əlverişli biznes mühitinin yaradılmasına, startapların qarşılaşdıqları çağırışların öhdəsindən gəlməkdə effektiv biznes həllərinin tətbiqinə dəstək göstəriləcəkdir.

Proqram startapların uğurlu inkişafı, yerli və beynəlxalq bazarlara çıxışı imkanı, eləcə də investorları cəlb etmək üçün ən ideal fürsətdir! Sürətlə dəyişən biznes dünyasına qoşulmaq üçün zaman itirmə!

Proqram No-Code və Low-Code texnologiyalarını tətbiq edən startapların və startap ideyalarınının inkişafına yönəlmiş İnkubasiya proqramıdır. LTC No-Code İnkubasiya proqramı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyiLütfizadə Texnologiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. No-Code İnkubasiya proqramı hər biri bir həftə olmaqla 12 modulu özündə ehtiva edəcək. Proqrama qoşulmaqla iştirakçılar “No-Code” alətlərinə və platformalarına giriş əldə edəcək, təcrübəli mütəxəssislərdən mentor dəstəyi alacaq, eyni zamanda müxtəlif mövzuları əhatə edən maarifləndirici sessiyalarda iştirak edə biləcəklər. Bunun nəticəsində sonda onların Minimum Viable Product-ı yəni MVP -i olacaq. Proqrama qoşulmaq ödənişsizdir.

Proqram haqqında daha ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün buraya daxil ola bilərsiniz. 
Müraciət üçün son tarix - 30.06.2023 saat 18:00

© copyright 2022 | tech.az | info@tech.az